Səvxan Salamov
Səvxan Salamov — Miras Engineering şirkətində dəniz və liman qurğuları üzrə qrup rəhbəridir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Nəqliyyat tikintisi, körpülər və nəqliyyat tunellərinin tikintisi» ixtisası üzrə məzunudur.
2012-ci ilin aprel ayından mühəndis-layihəçi kimi fəaliyyətə başlayaraq, mürəkkəb hidrotexniki və infrastruktur layihələrinin idarə olunmasında zəngin təcrübə qazanmışdır. Layihənin baş mühəndisi qismində regionun mühüm dəniz limanlarının — Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (1-ci və 2-ci mərhələlər, bərə və Ro-Ro terminalları), Qazaxıstanın Kurik limanı (bərə və Ro-Ro kompleksləri, dalğaqıranlar) və Aktau limanının akvatoriyasının dibdərinləşdirmə layihələrinə rəhbərlik etmişdir.
Onun rəhbərliyi altında Sea Breeze kurort kompleksində genişmiqyaslı hidrotexniki layihələr, o cümlədən «Aypara» və «Ulduz» süni adalarının salınması, körpülər və Venetian Harbour akvatoriyasında panton sistemlərinin layihələndirilməsi həyata keçirilmişdir. Hazırda IPMA Level B® beynəlxalq standartı üzrə Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri dərəcəsinə namizəddir