Türkan qəsəbəsində dəniz limanının yenidən qurulması və yeni liman akvatoriyasının yaradılması
Bakı şəhərinin Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin mövcud dəniz limanının yenidən qurulması və yeni qorunan liman akvatoriyasının yaradılması üzrə ikimərhələli kompleks hidrotexniki layihə:
• I mərhələ: mövcud yanalma körpülərinin konstruktiv gücləndirilməsi, Xəzər dənizinin su səviyyəsinin dəyişməsinə avtomatik uyğunlaşan modul tipli üzən pontonların tətbiqi, dibdərinləşdirmə işləri və sahil xidmət binaları üçün torpaqtökmə üsulu ilə yeni quru sahələrinin formalaşdırılması;
• II mərhələ: limanın cənub-qərb hissəsində dörd tərəfdən qoruyucu dalğaqıranlarla əhatə olunmuş yeni akvatoriyanın yaradılması, dalğaqıranlara paralel və perpendikulyar yerləşdirilmiş nizamlanan ponton sistemləri vasitəsilə müxtəlif sinifli gəmilərin təhlükəsiz yanalmasının təmin edilməsi.


