Bakı Limanının Ro-Ro rampasının avtomatlaşdırılması və modifikasiyası
İcmal
Ələt limanında Ro-Ro və Ro-Pax bərələri üçün tənzimlənən körpünün avtomatlaşdırılması və hidravlik modifikasiyası
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsi) mövcud Ro-Ro və Ro-Pax tipli bərə gəmilərinin qəbulu üçün nəzərdə tutulmuş tənzimlənən keçid körpüsünün (rampasının) avtomatlaşdırılması və modifikasiyası üzrə mühəndislik layihəsi. Konstruktiv baza müasir elektrohidravlik mexanizmlər və tam avtomatlaşdırılmış idarəetmə sistemləri əsasında yenidən işlənmişdir. Mexaniki, konstruktiv və avtomatlaşdırma sistemlərinin uzlaşdırılmış fəaliyyəti körpünün dəqiq tənzimlənməsini təmin edərək bərələrin yüklənmə-boşaldılma əməliyyatlarının sürətini və istismar təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmışdır.
Layihə haqqında
Sifarişçi
“Azərbaycan Dəmir Yolları” QSC
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Ölkə
Azərbaycan
Kateqoriya
Dəniz qurğuları, limanlar və yanalma körpüləri
Müddət
1 il
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
/ Söhbətə başla


