Sea Breeze kurortunda sörfinq üçün süni yarımadanın layihələndirilməsi
İcmal
“Sea Breeze”də 1,0 ha sörfinq yarımadasının layihəsi: torpaqtökmə, sahilbərkitmə və su idmanı zonası
Bakı şəhərinin Nardaran qəsəbəsində, “Sea Breeze” kurort kompleksinin akvatoriyasında torpaqtökmə və sahilbərkitmə üsullarından istifadə edilməklə təxminən 1,0 ha sahəyə malik süni yarımadanın layihələndirilməsi üzrə hidrotexniki mühəndislik layihəsi. Layihə çərçivəsində yeni quru ərazisi formalaşdırılmış, sahil xəttinin hidrodinamik dayanıqlığı təmin edilmiş və funksional istifadə üçün etibarlı mühəndis həlləri hazırlanmışdır. Yarımada müasir su idmanı növlərinin (sörfinq) təşkili, istifadəçilərin təhlükəsizliyi və sahil estetikasını özündə birləşdirən çoxfunksiyalı rekreasiya məkanı kimi layihələndirilmişdir.
Layihə haqqında
Sifarişçi
“Nardaran İnvest” MMC
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Nardaran qəsəbəsi, “Sea Breeze” kurortu
Ölkə
Azərbaycan
Kateqoriya
Dəniz qurğuları, limanlar və yanalma körpüləri
Müddət
1 ay
Status
Tamamlandı
MIRAS komandası
Səvxan Salamov
Dəniz və liman qurğuları üzrə qrup rəhbəri
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Nardaran qəsəbəsi, “Sea Breeze” kurortu
/ Söhbətə başla


