Nikki Beach Bakı süni adasının layihələndirilməsi

İcmal
Nardaranda 1 ha-lıq “Nikki Beach” süni adası: 3–5 m-lik damba, heksaleq bloklar və hovuzlu istirahət zonaları

“Nikki Beach Bakı” layihəsi çərçivəsində Xəzər dənizinin Nardaran sahillərində (Bakı şəhəri) istirahət və əyləncə təyinatlı süni adanın yaradılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən süni ada sahildən təxminən 160–200 m məsafədə, dənizin dayaz hissəsində yerləşdirilmişdir. Adanın ümumi sahəsi təxminən 1 hektar təşkil edir və burada bir və iki mərtəbəli premium istirahət obyektlərinin, kölgəlik çardaqlarının və üzmə hovuzlarının inşası planlaşdırılmışdır. Süni adanın əsas konstruktiv elementi dəniz dibindən hündürlüyü 3–5 m arasında dəyişən qapalı daş-tökmə dambadan ibarətdir. Dəniz tərəfdə yamaclar dalğa təsirlərinə qarşı qaya daşları örtüyü, habelə 0,5 ton və 1 ton ağırlığında “heksaleq” tipli fasonlu beton blokların tətbiqi ilə mühafizə olunaraq adanın uzunmüddətli və təhlükəsiz istismarını təmin edir.

Layihə haqqında
Sifarişçi
“Nardaran İnvest” MMC
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Nardaran sahili, Xəzər dənizi
Ölkə
Azərbaycan
Kateqoriya
Dəniz qurğuları, limanlar və yanalma körpüləri
Müddət
1 il
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Nardaran sahili, Xəzər dənizi
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB