Ələt qəsəbəsində liman, dəmir yolu və hidrotexniki qurğular kompleksinin layihələndirilməsi
Ələt qəsəbəsində illik 25 milyon ton yük dövriyyəsinə malik, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının vahid multimodal ekosistemi kimi fəaliyyət göstərən strateji qlobal logistika mərkəzinin kompleks layihələndirilməsi layihəsi. Mühəndislik işləri aşağıdakı əsas sahələri əhatə edir:
• Hidrotexniki və liman qurğuları: bərə körpüləri kompleksi (mərkəzi yanalma və keçid körpüləri, iki istiqamətləndirici dayaq, iki ədəd üçaşırımlı körpü), Ro-Ro (avtonəqliyyat) körpüsü, quru yüklər və konteynerlər körpüsü, xidmət gəmiləri yanalma körpüsü;
• Dəmir yolu və avtomobil infrastrukturu: “Ələt Limanı” dəmir yolu stansiyası və “Ələt-Baş – Ələt-Liman” mənzili, ərazidaxili və giriş dəmir yolu yolları, daxili avtomobil yolları şəbəkəsi;
• Mülki obyektlər və mühəndislik təminatı: inzibati və xidməti binalar, mühəndis kommunikasiya xətləri, avtomobil keçid talvarları, piyada keçidləri, su təmizləyici qurğular və elektrik yarımstansiyaları kompleksi.


