Mülki tikinti üzrə qrup rəhbəri

Elçin Rəcəbli

Mülki tikinti üzrə qrup rəhbəri — MIRAS Engineering
Layihələndirmə qrupunun rəhbəri, aparıcı mühəndis-konstruktor. Mülki və sənaye binalarının möhkəmlik hesabatları və daşıyıcı konstruksiyalarının layihələndirilməsi üzrə ixtisaslaşır
Elchin Rajabli
Profil
«Memarlıq konstruksiyanın formasını müəyyən edir, konstruktor isə onun dayanıqlığını təmin edir. Bu prosesdə ehtimallara yer yoxdur — hər bir düyün, yük, material və qruntun müqaviməti dəqiq mühəndis hesablamaları əsasında əsaslandırılmalıdır»

Elçin Rəcəbli — «Miras Engineering» şirkətinin Mülki tikinti üzrə qrup rəhbəridir.

Monolit dəmir-beton və metal konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə təcrübəyə malik mühəndis-konstruktordur. Sənaye, mülki və hidrotexniki təyinatlı obyektlərin — istehsalat binalarının, nasos stansiyalarının, anbar komplekslərinin və dərin özüllərin layihələndirilməsinə rəhbərlik edir. Konstruksiyaların möhkəmliyi, seysmik davamlılığı, işçi sənədlərin hazırlanması və tikinti sahələrində müəllif nəzarətinin aparılmasına cavabdehdir

Təcrübə
01
Metal və dəmir-beton konstruksiyaların LIRA SAPR, SAP2000, ETABS, IDEA StatiCa, SCAD Office, STAAD.Pro və PLAXIS 2D proqramlarında hesablanması və sonlu elementlər üsulu ilə təhlili; gərginlik-deformasiya vəziyyətinin, dayanıqlığın, statik, dinamik və seysmik təsirlər altında davranışın qiymətləndirilməsi, texniki hesabatların hazırlanması və etibarlılıq, uzunömürlülük və iqtisadi səmərəlilik baxımından optimal konstruktiv həllərin seçilməsi
02
Konstruktiv düyünlərin detallandırılması: IDEA StatiCa, MathCAD və analitik əl hesablamaları ilə mürəkkəb polad və dəmir-beton birləşmələrinin dəqiq layihələndirilməsi
03
Nəqliyyat, hidrotexnika və dəniz infrastrukturu: Avtomobil və dəmir yolu körpülərinin, bəndlərin, sahil yanalma divarlarının, bərə terminallarının və dəniz platformalarının layihələndirilməsi
04
Mülki və sənaye mühəndisliyi: Eurocode, SNiP, AzDTN, AISC və API standartlarına uyğun sənaye korpuslarının, nasos stansiyalarının və dərin bünövrələrin layihələndirilməsi

Seçilmiş
layihələr

/ 21 layihə
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB