Samur çayı üzərində sərhəd avtomobil körpüsünün layihələndirilməsi
İcmal
Samur çayı üzərindən 325,3 m uzunluğunda beş aşıqlı sərhəd körpüsü və 3,0 m-lik qapalı piyada səkisinin layihələndirilməsi
Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində, "Samur" (AR) – "Yaraq-Qazmalar" (RF) buraxılış məntəqələri ərazisində iki ölkə arasında etibarlı nəqliyyat əlaqəsini təmin etmək üçün Samur çayı üzərindən layihələndirilmiş strateji əhəmiyyətli avtomobil yolu körpüsü keçidi. Konstruktiv həll olaraq beş aşıqlı mürəkkəb sxem (54,0 + 3х69,0 + 54,0 m) tətbiq edilmişdir. Körpü keçidinin ümumi uzunluğu 325,3 m, hərəkət hissəsinin eni isə Q-11,5 m qabariti ilə layihələndirilmişdir. Körpünün bir tərəfində piyadaların hərəkət yolu axınları ayrılmaqla ümmi eni 3,0 m olan qapalı səki nəzərdə tutulmuşdur.
Layihə haqqında
Sifarişçi
“AzərYol Servis” ASC və “Kaspiy” Federal Yol İdarəsinin Federal Dövlət Müəssisəsi (FKU “Uprdor Kaspiy”)
Məkan
Azərbaycan Respublikası / Rusiya Federasiyası, Samur sərhəd keçidi
Ölkə
Azərbaycan
Kateqoriya
Nəqliyyat qurğuları
Müddət
2 il
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası / Rusiya Federasiyası, Samur sərhəd keçidi
/ Söhbətə başla


