Bakı Limanında RM1 lokomotiv deposu və dəmir yolu emalatxanasının layihələndirilməsi
Bakı Limanının ərazisində "Dizel lokomotivlərinin təmiri və istismarı üçün dəmir yolu infrastrukturu və lokomotiv deposu"nun layihələndirilməsi üzrə kompleks layihə. Bina ümumi sahəsi 378.35 m² və inşaat həcmi 3836.54 m³ olan dəmir yolu təmir sexidir. Binanın konstruksiyası 8 ballıq seysmiklik və VI külək zonası yüklərinə davamlı layihələndirilmişdir. Binanın əsas hissəsini teplovozların saxlanması və təmiri üçün 12.5 tonluq elektrik körpülü kranla təchiz olunmuş 222.76 m² sahəli təmir sexi təşkil edir. Təmir sexi metal karkaslı olmaqla, divarları 60 mm qalınlığında sendviç divar panellərindən layihələndirilib. İnzibati-məişət blokuna 15 otaq (tədris sinfi, rəhbərlik otaqları, yeməkxana, soyunub-geyinmə və duş otaqları) daxildir; blok birmərtəbəlidir, divarları 400 mm qalınlığında mişarlanmış təbii əhəng daşı hörgüsü ilə layihələndirilmişdir.


