Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sahil bina və qurğularının layihələndirilməsi
Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sahil infrastrukturu, inzibati binaları, texnoloji və köməkçi qurğular kompleksinin layihələndirilməsi üzrə irimiqyaslı mühəndis-memarlıq layihəsi. Layihə sənədləri beynəlxalq standartlara uyğun müasir liman-logistika mərkəzinin formalaşdırılmasını təmin edir.
Layihələndirilmiş əsas mühəndis və memarlıq həlləri:
• İnzibati idarəetmə, gömrük rəsmiləşdirilməsi və buraxılış-nəzarət binalarının memarlıq-tikinti layihələndirilməsi;
• Qapalı logistika anbarlarının, mexaniki təmir emalatxanalarının və yanğından mühafizə deposunun konstruktiv layihələri;
• Sahilboyu mürəkkəb geoloji və hidrogeoloji qrunt şəraiti, eləcə də seysmik tələblər nəzərə alınmaqla bünövrə və daşıyıcı konstruksiyaların hesablanması;
• Limandaxili mühəndis-kommunikasiya şəbəkələrinin (su təchizatı, kanalizasiya, elektrik enerjisi, yağış sularının idarə olunması və sutəmizləyici qurğular) layihələndirilməsi;
• Sahil zonası üzrə dəmir yolu xətlərinin və yük avtonəqliyyatının hərəkət sxemlərinin təşkili.


