Köndələn-1, Köndələn-2 və Aşağı Köndələn su anbarlarının təmiri və bərpasının layihələndirilməsi
Qarabağ iqtisadi rayonunda su təsərrüfatı infrastrukturunun bərpası, modernləşdirilməsi və ərazi təhlükəsizliyinin təmin olunması çərçivəsində strateji mühəndislik-hidrotexniki layihə. Layihə Füzuli rayonu ərazisində, Köndələnçay üzərində yerləşən “Köndələn-1”, “Köndələn-2” və “Aşağı Köndələn” su anbarları kaskadının hidrotexniki qurğularının əsaslı təmiri və yenidən qurulması üçün işçi layihə-smeta sənədlərinin hazırlanmasını əhatə edir.
Mühəndislik həllərinin əsas istiqamətləri:
• Torpaq bəndlərin gövdəsinin, yuxarı və aşağı yamaclarının möhkəmləndirilməsi və qoruyucu dəmir-beton üzlüklərin bərpası;
• Qəza və istismar sutullayıcı qurğularının, novların və enerjisonndürən suquyularının əsaslı təmiri;
• Dib sutullayıcılarının təmiri, müasir hidromexaniki avadanlıqların, siyirtmələrin və qaldırıcı mexanizmlərin quraşdırılması;
• Bəndlərin texniki təhlükəsizliyinə fasiləsiz nəzarət edən avtomatlaşdırılmış ölçü-nəzarət sistemlərinin tətbiqi.
Layihənin icrası çayda sel və daşqın sularının nizamlanmasına və Füzuli rayonunun geniş əkin sahələrinin dayanıqlı suvarma suyu ilə təmin edilməsinə xidmət edir.


