Dairəvi kollektorun alternativ hissəsi üçün layihə sənədlərinin hazırlanması
Bakı şəhəri, Xətai rayonu, R. Bağırov küçəsində yerləşən mövcud dairəvi kanalizasiya kollektorunun qəzalı vəziyyətdə olan hissəsinə alternativ yeni kollektorun tikintisi üçün tam layihə-smeta sənədlərinin hazırlanması. Layihə qazıntısız üsulla (mikrotunel) yeni xəttin çəkilməsi üçün mühəndis həllərini ehtiva edir.
Görülmüş işlər və texniki həllər:
• Diametri 1600 mm olan mikrotunel tipli dairəvi kollektor üçün hidravlik hesabatlar və axın modelləşdirilməsi;
• Sıx şəhər infrastrukturu və mürəkkəb hidrogeoloji şərait nəzərə alınmaqla plan-profil və konstruktiv işçi cizgilər;
• Texnoloji şaxtalar şəbəkəsinin (start, qəbul və baxış şaxtaları) konstruktiv layihələndirilməsi;
• Hövzə üzrə mövcud daşıyıcı boruların və köhnə kollektor hissəsinin yeni mikrotunelə qoşulması həlləri;
• Tikinti zamanı yol örtüyünün, ətraf mühəndis kommunikasiyalarının və yaxınlıqdakı binaların təhlükəsizliyi tədbirləri;
• Tam həcmli smeta sənədləri və material-texniki spesifikasiyalar.


