Xaçınçay su anbarı və kanalının əsaslı təmiri üçün layihə sənədlərinin hazırlanması
Qarabağ iqtisadi rayonunda su təsərrüfatı infrastrukturunun dirçəldilməsi və regionun sosial-iqtisadi inkişafına təkan verilməsi məqsədilə həyata keçirilən strateji mühəndislik layihəsi. Layihə çərçivəsində Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının və ondan ayrılan magistral suvarma kanalının əsaslı təmiri və yenidən qurulması üçün hərtərəfli layihə-smeta sənədləri (LSS) və dövlət ekspertizası sənədlər toplusu hazırlanmışdır.
Layihələndirilmiş əsas mühəndislik tədbirləri:
• Torpaq bəndin gövdəsinin bərpası, silsilənin təmiri və yuxarı yamacın dəmir-beton tavalarla mühafizəsinin gücləndirilməsi;
• Qəza və istismar sutullayıcı qurğularının, eləcə də axıdıcı novların əsaslı rekonstruksiyası;
• Dib sugötürücü qovşağının təmiri, müasir siyirtmələrin, qaldırıcı kran mexanizmlərinin və avtomatlaşdırma sistemlərinin quraşdırılması;
• Su anbarının çanağının lil və çöküntülərdən təmizlənməsi yolu ilə 23 milyon m³ layihə həcminin bərpası;
• Magistral paylayıcı kanalın suötürmə qabiliyyətinin artırılması və sızmaya qarşı beton üzlüklə bərpası.
Layihənin icrası Ağdam, Tərtər, Bərdə və Goranboy rayonlarının 7000 hektara yaxın münbit əkin sahəsinin dayanıqlı suvarma suyu ilə təminatına zəmin yaradır.


