Tovuz rayonunda Quşçu arxının və paylayıcı şəbəkənin yenidən qurulması (Lot 7)
Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində kənd təsərrüfatı torpaqlarının və əhalinin pay torpaqlarının su təminatının əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə irriqasiya infrastrukturunun yenidən qurulması üzrə mühəndislik layihəsi (Lot 7). Layihə çərçivəsində su itkilərinin aradan qaldırılması üçün əsas arxın və paylayıcı qolların məcrasının bərpası, beton üzlüklərin çəkilməsi və müasir subölüşdürücü qurğuların inşası nəzərdə tutulmuşdur.
Kanalların texniki və xidmət parametrləri:
• Quşçu arxı: uzunluğu — 16,86 km, su sərfi — 3,00 m³/san (xidmət sahəsi — 2911 ha: 582 ha həyətyanı sahə, 2329 ha əkin sahəsi);
• Paylayıcı kanal 1 (PK-1): uzunluğu — 1,37 km, su sərfi — 0,18 m³/san (xidmət sahəsi — 170 ha);
• Paylayıcı kanal 2 (PK-2): uzunluğu — 3,295 km, su sərfi — 0,50 m³/san (xidmət sahəsi — 480 ha);
• Şəbəkənin ümumi uzunluğu: 21,53 km (ümumi suvarma sahəsi — 3561 ha).


