Nəriman Müftəliyev
Nəriman Müftəliyev sənaye, hərbi və mülki təyinatlı binaların layihələndirilməsi və tikinti idarəçiliyi sahəsində 36 ildən artıq zəngin təcrübəyə malik ali dərəcəli inşaat mühəndisidir. 1990-cı ildə Sankt-Peterburq (Leninqrad) Ali Hərbi Mühəndis Tikinti Məktəbini "Bina və qurğuların tikintisi üzrə inşaat mühəndisi" ixtisası ilə bitirmişdir.
Əmək fəaliyyəti dövründə Müdafiə Nazirliyinin Baş Hərbi Tikinti İdarəsində, eləcə də Layihə-Smeta şöbəsinin baş mühəndisi və rəisi vəzifələrində çalışmışdır. 2017-ci ildən etibarən Sənaye və mülki tikinti qrupuna rəhbərlik edir; baş planların işlənməsi, layihələrin texnoloji və planlaşdırma həlləri, tender qiymətləndirmələri və müəllif nəzarəti işlərini koordinasiya edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mineral gübrə terminalları, Hacıqabulda lokomotiv-vaqon parkı, Ağdamda Monitorinq Mərkəzi və Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının dalan yollarında korroziyaya uğramış daşıyıcı konstruksiyaların bərpası layihələrində Baş layihə mühəndisi qismində iştirak etmişdir