Pirallahı qəsəbəsində açıq tipli balıqçılıq təsərrüfatı üçün layihə sənədlərinin hazırlanması
Xəzər dənizi sahilində, Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində müasir açıq tipli akvakultura kompleksinin yaradılması üzrə mühəndis-hidrotexniki layihə. Layihə-smeta sənədləri təsərrüfatın baş planını, sahilboyu dəniz suyu qəbulu qovşağını və əlaqədar mühəndis infrastrukturunu əhatə edir.
Layihələndirilmiş əsas həllər:
• Baş plan: balıqyetişdirmə üçün dairəvi hovuzlar kompleksinin yerləşdirilməsi, texnoloji və giriş yollarının traslanması, istehsalat, saxlama və inzibati zonaların təşkili;
• Sahil suqəbuledici hidrotexniki qovşağı: hovuzların dəniz suyu ilə təmin edilməsi üçün sahil relyefinə inteqrasiya olunmuş dərinləşdirilmiş nasos quyusu və siyirtmə quyusu;
• Hidrotexniki qoruyucu qurğular: tikinti-quraşdırma dövrü üçün müvəqqəti damba və sahilbərkitmə tədbirləri;
• Mühəndis şəbəkələri: dəniz suyu üçün təzyiqli boru kəmərləri, texnoloji axıntı və drenaj sistemləri, işlənmiş suyun təmizlənməsi qurğuları;
• Suqəbuledici qovşağın 3D modeli və əsaslandırılmış tam smeta sənədlərinin hazırlanması.


