Baş memar

İsmayıl Bəşirov

Baş memar — MIRAS Engineering
Mülki və ictimai infrastruktur obyektlərinin baş plan, eskiz və işçi layihələndirilməsi sahəsində 25 ildən artıq təcrübəyə malik baş memardır
Ismail Bashirov
Profil
«Düzgün planlaşdırılmış məkan zaman keçsə də öz dəyərini və rahatlığını itirmir»

İsmayıl Bəşirov şəhərsalma, baş planlaşdırma, eskiz və işçi layihələndirmə sahəsində 25 ildən artıq zəngin təcrübəyə malik baş memardır. Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil almış və həmin təhsil müəssisəsində aspirantura pilləsini tamamlamışdır.

Baş memar qismində mürəkkəb inzibati, yaşayış və infrastruktur obyektlərinin layihələndirilməsinə rəhbərlik etmişdir. Əsas ixtisası ərazi üzrə baş planların tərtibi, funksional memarlıq-planlaşdırma həlləri, eskiz layihələrinin və ArchiCAD / AutoCAD proqramlarında tam işçi layihə sənədlərinin hazırlanmasından ibarətdir. Peşəkar fəaliyyəti dövründə çoxmərtəbəli dövlət və ictimai binaların, yaşayış komplekslərinin, eləcə də regional su anbarları və infrastruktur mərkəzlərində yerləşən inzibati və təsərrüfat təyinatlı bina komplekslərinin memarlıq layihələrini uğurla icra etmişdir

Təcrübə
01
Baş planların işlənməsi və memarlıq planlaşdırılması
02
Eskiz və işçi layihələrin hazırlanması
03
İnzibati, ictimai və yaşayış binalarının layihələndirilməsi
04
İnfrastruktur və yardımçı bina komplekslərinin layihələndirilməsi
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB