Qaraçay su anbarının konseptual layihəsi
Azərbaycanın şimal-şərq bölgəsində kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi, su ehtiyatlarının idarə edilməsi və intensiv bağçılığın inkişafı məqsədilə həyata keçirilən mühəndis-hidrotexniki konseptual layihə. Layihə Quba rayonu ərazisində, bolsulu dağ çayı olan Qaraçay üzərində ümumi hədəf sahəsi 8 600 ha (o cümlədən əkin dövriyyəsinə yeni cəlb ediləcək 4 600 ha torpaq) təşkil edən kənd təsərrüfatı sahələrinin suvarılması üçün su anbarının inşasını nəzərdə tutur.
Hidromaqovşağın tikintisi üçün iki alternativ mühəndis həlli işlənib hazırlanmışdır:
• Variant I: hündürlüyü 40 m, silsilə uzunluğu 202 m olan bəndin inşası ilə tam həcmi 12,0 mln. m³ təşkil edən su anbarının yaradılması;
• Variant II: hündürlüyü 50 m, silsilə uzunluğu 261 m olan bənd vasitəsilə 25,5 mln. m³ tutumlu daha iri su tutarının formalaşdırılması.
Layihə çərçivəsində çay axınının tənzimlənməsi, sel və daşqın təhlükələrinin qarşısının alınması, dib sugötürücüləri və suburaxıcı qurğuların ilkin parametrləri, eləcə də paylayıcı suvarma xətlərinin sxemləri müəyyən edilmişdir.


