Əlicançay su anbarının konseptual layihəsi
Şəki-Zaqatala iqtisadi rayonunda su təsərrüfatı və kənd təsərrüfatı infrastrukturunun strateji inkişafına yönəlmiş irimiqyaslı mühəndis-hidrotexniki layihə. Layihə çərçivəsində Şəki rayonu ərazisində, Əlicançay üzərində ümumi hədəf sahəsi 16 100 ha (o cümlədən dövriyyəyə cəlb olunacaq 10 500 ha yeni torpaqlar) olan əkin sahələrinin dayanıqlı suvarma suyu ilə təmin edilməsi üçün konseptual layihə işlənib hazırlanmışdır.
Su qovşağının inşası üzrə iki alternativ texniki variant təhlil edilmişdir:
• Variant I: hündürlüyü 30 m, silsilə üzrə uzunluğu 464 m olan bəndin inşası ilə tam həcmi 39,8 mln. m³ təşkil edən su anbarının yaradılması;
• Variant II: hündürlüyü 46 m, silsilə üzrə uzunluğu 667 m olan bəndin tikintisi ilə 164,6 mln. m³ tutumlu irihəcmli strateji rezervuarın formalaşdırılması.
Layihə çay axınının və sel risklərinin nizamlanmasını, paylayıcı magistral kanalların ilkin traslanmasını və bölgənin aqrar sektoruna xidmət edəcək etibarlı su təchizatı sxemini müəyyənləşdirir.


