Ağsuçay su anbarının konseptual layihəsi
Dağlıq Şirvan iqtisadi rayonunda su ehtiyatlarının səmərəli idarə olunması, meliorasiya infrastrukturunun müasirləşdirilməsi və kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən strateji mühəndis-hidrotexniki konseptual layihə. Layihə Ağsu rayonu ərazisində, Ağsuçay üzərində ümumi hədəf sahəsi 7 500 ha (o cümlədən əkin dövriyyəsinə yeni cəlb olunacaq 3 400 ha torpaq) kənd təsərrüfatı sahələrinin dayanıqlı suvarma suyu ilə təmin edilməsi üçün yeni su anbarının inşasını nəzərdə tutur.
Hidromaqovşağın əsas layihə-konstruktiv parametrləri:
• Bəndin maksimal hündürlüyü: 55,0 m;
• Bəndin silsilə (göyərtə) üzrə uzunluğu: 496,0 m;
• Su anbarının tam layihə həcmi: 30,0 mln. m³;
• İstifadəyə yararlı faydalı həcmi: 25,0 mln. m³.
Konseptual mərhələdə dağ çayının hidroloji rejimi, sel və daşqın sularının tənzimlənməsi, qəza və istismar sutullayıcılarının ilkin hidravliki ölçüləri, eləcə də Ağsu rayonunun suvarma şəbəkəsinə inteqrasiya sxemləri ətraflı əsaslandırılmışdır.


