Kəlbəcər rayonunda yeni su anbarının inşası üzrə konseptual layihə

İcmal
Kəlbəcər rayonunda yeni strateji su anbarının inşası üzrə konseptual layihə

Şərqi Zəngəzur iqtisadi rayonunda su təsərrüfatı infrastrukturunun bərpası və dağlıq regionların təbii ehtiyat potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən strateji konseptual layihə. Təşəbbüs Kəlbəcər rayonu ərazisində Tərtər çayı hövzəsinin zəngin su ehtiyatlarının səmərəli tənzimlənməsi, strateji şirin su ehtiyatlarının yaradılması və ətraf ərazilərin dayanıqlı su təminatı üçün yeni çoxfunksiyalı su anbarının inşasını nəzərdə tutur.

Layihə çərçivəsində işlənib hazırlanmış əsas mühəndis həlləri:
• Mürəkkəb alp relyefi və seysmik amillər nəzərə alınmaqla bəndin inşası üçün optimal stvorun və bənd profilinin müəyyənləşdirilməsi;
• Yüksək dağlıq zonada formalaşan güclü sel və daşqın sularının təhlükəsiz axıdılması üçün qəza və istismar sutullayıcılarının ilkin hidravlik hesablanması;
• Dib sugötürücü qurğuların, süzülməyə qarşı mühəndis qoruyucu sistemlərinin və lillənmə əleyhinə tədbirlərin layihələndirilməsi;
• Ətraf yaşayış məntəqələrinin və kənd təsərrüfatı sahələrinin su təchizatı üçün magistral özaxımlı ötürücü xətlərin ilkin sxemləri.

Bu hidrotexniki qovşağın yaradılması bölgənin kənd təsərrüfatı və ekoloji dayanıqlığına təkan verməklə yanaşı, ümumilikdə Qarabağ su hövzəsi üzrə çay axınlarının kaskad tənzimlənməsinə xidmət edir.

Layihə haqqında
Sifarişçi
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC
Məkan
Azərbaycan Respublikası, Kəlbəcər rayonu
Ölkə
Azərbaycan
Kateqoriya
Hidrotexniki və meliorasiya qurğuları
Müddət
1 il
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası, Kəlbəcər rayonu
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB