“Həzi Aslanov” metro stansiyasında yükdaşıyıcı konstruksiyaların bərpası
İcmal
“Həzi Aslanov” stansiyasının 207 m-lik dalan tunelində yükdaşıyıcı konstruksiyaların bərpası layihəsi
Layihə çərçivəsində Bakı şəhərində yerləşən “Həzi Aslanov” metro stansiyasının dalan yollarında korroziyaya və deformasiyaya uğramış yeraltı yükdaşıyıcı konstruksiyaların kompleks bərpası nəzərdə tutulur. 1982–2002-ci illərdə inşa edilmiş bu stansiya açıq üsulla 16–25 metr dərinlikdə, tökmə torpaq altında tikilmiş dayaz yerləşdirilmiş metro qurğularına aiddir. Bərpa edilən dalan sahəsinin ümumi uzunluğu 207 m təşkil edir və eni 4,25 m və 8,25 m olan üçgözlü tuneldən ibarətdir. Tunelin üst örtüyü üzərindəki torpaq qatının qalınlığı 7–10 metr arasındadır.
Layihə haqqında
Sifarişçi
“Bakı Metropoliteni” QSC
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, “Həzi Aslanov” metro stansiyası
Ölkə
Azərbaycan
Kateqoriya
Nəqliyyat qurğuları
Müddət
1 il
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, “Həzi Aslanov” metro stansiyası
/ Söhbətə başla


