Böyükşor - Pirşağı avtomobil yolunun M. Nərimanov küçəsi ilə kəsişməsində çoxsəviyyəli nəqliyyat qovşağının layihələndirilməsi

İcmal
Böyükşor–Pirşağı yolu ilə M. Nərimanov küçəsinin kəsişməsində 6–8 zolaqlı çoxsəviyyəli qovşağın layihələndirilməsi

Böyükşor – Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yolötürücüləri və qovşaq kompleksinin layihələndirilməsi. Yol infrastrukturu fasiləsiz hərəkətli, ümumşəhər əhəmiyyətli magistral küçə dərəcəsinə malikdir. Torpaq yatağının eni 27,60–34,60 m, hərəkət hissəsinin eni isə 10,50–14,00 m olmaqla 6–8 hərəkət zolağını təmin edir. Kapital tipli asfalt-beton örtük 115 kN (11,5 t) hesabi ox yükünə və 0,80 MPa təkər təzyiqinə hesablanmışdır. Layihə çərçivəsində 2 x 0,50/1,00 m enində bərkidici zolaqlar, 2 x 1,50 m enində piyada səkiləri və 2,50% təşkil edən eninə maillik layihələndirilmişdir.

Layihə haqqında
Sifarişçi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Böyükşor – Pirşağı yolu və M. Nərimanov küçəsinin kəsişməsi
Ölkə
Azərbaycan
Kateqoriya
Nəqliyyat qurğuları
Müddət
Davam edir
Status
Davam edən
Məkan
Azərbaycan Respublikası, Bakı şəhəri, Böyükşor – Pirşağı yolu və M. Nərimanov küçəsinin kəsişməsi
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB