Sənan Abbaslı
Sənan Abbaslı nəqliyyat infrastrukturu, süni mühəndisi qurğular və körpü inşaatı sahəsində 15 ildən artıq praktiki təcrübəyə malik aparıcı konstruktor və layihə mühəndisidir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində "Nəqliyyat tikintisi" üzrə bakalavr və "Körpülər və nəqliyyat qurğularının tikintisi" üzrə magistr dərəcələrini tamamlamışdır. Hər iki təhsil pilləsi üzrə diplomları Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən rəsmi tanınmışdır.
2010-cu ildən etibarən layihələndirmə və konstruktor qruplarına rəhbərlik edərək CSI Bridge, SAP2000 və AutoCAD proqram təminatlarında dəmir-beton konstruksiyaların statik hesablanması, modelləşdirilməsi, cizgilərin və iş həcimlərinin hazırlanması işlərinə rəhbərlik edir. O, Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan və Moldovada strateji avtomobil yollarındakı estakadalar, yolötürücülər, tunellər və körpülər layihələrinin konstruktiv hissələrini uğurla icra etmişdir. Beynəlxalq IPMA Level B® (Sertifikatlaşdırılmış Baş Layihə Meneceri) dərəcəsinə malikdir