Füzuli rayonunun 7 kəndinin xarici su təchizatı və kanalizasiya şəbəkələrinin layihələndirilməsi
Füzuli rayonunda mərkəzləşdirilmiş su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinin qurulması üzrə mühəndis-infrastruktur layihəsi. Layihə çərçivəsində rayonun 7 yaşayış məntəqəsinin — Horadiz, Qarakollu, Qoçəhmədli, Qarğabazar, Cuvarlı, Qaraxanbəyli və Mirzəcamallı kəndlərinin xarici mühəndis kommunikasiyaları üçün tam layihə-smeta sənədləri hazırlanmışdır.
Layihələndirilmiş əsas mühəndis həlləri:
• Dayanıqlı sugötürücü mənbələrin müəyyənləşdirilməsi və müvafiq qurğuların layihələndirilməsi;
• Kəndlərin hüdudlarınadək xarici magistral su xətlərinin hidravlik hesablanması və traslanması;
• Tənzimləyici içməli su anbarlarının və nasos stansiyalarının layihələndirilməsi;
• Xarici özaxımlı kanalizasiya şəbəkələrinin və kanalizasiya nasos stansiyalarının (KNS) qurulması;
• Ətraf mühit və sanitariya normalarına uyğun tullantı sutəmizləyici qurğuların layihələndirilməsi;
• Əsaslandırılmış smeta sənədlərinin və material-texniki spesifikasiyaların tərtibi.


