H. Əliyev və Z. Bünyadov prospektlərinin kəsişməsində nəqliyyat qovşağı və vantlı körpünün layihələndirilməsi

İcmal
Paytaxtın əsas nəqliyyat axınını optimallaşdıran, 9 körpü və yol ötürücüsündən, o cümlədən Azərbaycan təcrübəsində ilk dəfə 360 m aşırımlı vantlı körpüdən ibarət çoxsəviyyəli nəqliyyat qovşağı layihəsi

Paytaxtın əsas nəqliyyat arteriyalarının hərəkətini optimallaşdırmaq məqsədilə işlənib hazırlanmış, MDB məkanında analoqu olmayan unikal çoxsəviyyəli nəqliyyat qovşağının irimiqyaslı infrastruktur layihəsi. Kompleks ümumi uzunluğu 3145,0 m olan avtomobil yolları və yanaşma yolları ilə əlaqələndirilmiş 9 körpü və yol ötürücüsündən ibarətdir. Layihələndirmə üç mərhələdə həyata keçirilmişdir:

I mərhələ Ziya Bünyadov, Heydər Əliyev və Qara Qarayev prospektlərini birləşdirən 3 yol ötürücüsü və 1286 m uzunluğunda giriş yollarını əhatə edir;

II mərhələ çərçivəsində aeroport və Bakıxanov qəsəbəsi istiqamətində ümumi uzunluğu 1194 m olan 4 yol ötürücüsü, o cümlədən hündürlüyü 27,61 m-ə çatan parabolik metal tağlar üzərində 56,0 m aşırımlı asma yol ötürücüsü layihələndirilmişdir;

III mərhələdə isə Azərbaycan təcrübəsində ilk dəfə aşırım uzunluğu 360,0 m, pilon hündürlüyü 98,0 m və yanaşma yolları 665 m olan vantlı yol ötürücüsü layihələndirilmişdir.

Layihə haqqında
Sifarişçi
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
Məkan
Bakı, Azərbaycan
Ölkə
Azərbaycan
Kateqoriya
Nəqliyyat qurğuları
Müddət
3 il
Status
Tamamlandı
Məkan
Bakı, Azərbaycan
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB