Baş İcraçı Direktorun birinci müavini, Baş mühəndis

Şövqi Qələndərov

Baş İcraçı Direktorun birinci müavini, Baş mühəndis — MIRAS Engineering
Texnika üzrə fəlsəfə doktoru; 20 ildən artıq təcrübəsi ilə Miras-ın baş mühəndisi və körpü, tunel və mürəkkəb mühəndis qurğularının layihələndirilməsi üzrə rəhbəridir.
Shovgi Galandarov
Profil
«Mürəkkəb mühəndislik layihələrinin təməlində riyazi dəqiqlik, dərin konstruktiv təhlil və böyük məsuliyyət dayanır»

Şövqi Qələndərov — Miras şirkətinin Baş İcraçı Direktorunun birinci müavini və Baş mühəndisidir.

2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində «Körpülərin və nəqliyyat tunellərinin tikintisi» ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr dərəcəsi almışdır. 2013-cü ildə İnşaat mexanikası kafedrasında dissertasiya müdafiə edərək Texnika üzrə fəlsəfə doktoru (Ph.D.) elmi dərəcəsinə layiq görülmüşdür.

Peşəkar fəaliyyətinə 2002-ci ildə şirkətin əsasını qoyan «Texnomost» strukturunda layihəçi mühəndis kimi başlamış, sonradan müəssisənin «Gidrotransproekt», «Hidrotrans Engineering» və nəhayət çoxşaxəli Miras şirkətinə çevrilməsi yolunda aparıcı mühəndis, konstruktor və baş konstruktor mərhələlərini keçmişdir.

Hazırda Baş mühəndis və Baş Direktorun Birinci Müavini olaraq şirkətin ən mürəkkəb infrastruktur obyektlərinə, o cümlədən körpülər, nəqliyyat tunelləri, mürəkkəb süni qurğular, yeraltı və yerüstü nəqliyyat qovşaqlarının layihələndirilməsi və hesablanmasına, habelə mühəndis-konstruktiv həllərinə, texniki keyfiyyətinə və elmi-analitik bazasına rəhbərlik edir

Təcrübə
01
Körpülər və nəqliyyat tunelləri: Mürəkkəb süni qurğuların və yeraltı nəqliyyat qovşaqlarının layihələndirilməsi və hesablanması.
02
İnşaat mexanikası və konstruktiv analiz: Dərin elmi-nəzəri əsaslara söykənən statik və dinamik hesabatlar.
03
Texniki rəhbərlik və keyfiyyətə nəzarət: Layihələrin ilkin konsepsiyadan icrasına qədər mühəndislik ekspertizası və icra intizamı.

Seçilmiş
layihələr

/ 9 layihə
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB