Bakı Limanında dəmir yolu infrastrukturu və konteyner terminalının layihələndirilməsi

İcmal
Ələt limanında 8 dəmir yolu xətti, QOST standartlı konteyner terminalı və 344,3 m avtomobil yolunun layihələndirilməsi

İnfrastruktur layihəsinə uzunluğu 344,26 m, hərəkət hissəsinin eni 12,00 m, torpaq yatağının eni 15,60 m və səkiləri 1,30 m olan avtomobil yolu daxildir. Kapital tipli asfaltbeton örtük 115 kN (11,5 t) hesabi ox yükünə və 0,6-0,7 MPa təkər təzyiqinə hesablanmışdır. Dəmir yolunun rels izinin eni 1520 mm, mövcud xətlər arası məsafə 5,30 metrdir. Terminaldaxili dəmir yolu şəbəkəsi ümumilikdə 5 ədəd yükdoldurma-yükboşaltma və 3 ədəd manevr yolundan (minimal radius 180 m, "C" və "T" qabarit standartları) ibarətdir. Konteyner meydançası platforması QOST 9238-2013 standartına uyğun olaraq relsdən 200 mm hündürlükdə və oxdan 1745 mm məsafədə layihələndirilmişdir. Avtomobil nəqliyyatı üçün bir səviyyədə 5 ədəd mühafizə olunmayan keçid nəzərdə tutulmuşdur.

Layihə haqqında
Sifarişçi
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC
Məkan
Azərbaycan Respublikası, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı stansiyası
Ölkə
Azərbaycan
Kateqoriya
Nəqliyyat qurğuları
Müddət
6 ay
Status
Tamamlandı
Məkan
Azərbaycan Respublikası, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı stansiyası
/ Söhbətə başla

Gəlin Layihələndirək

Faylları buraya sürüşdürün və ya Fayl seç
PDF · DWG · DOCX · XLSX · ZIP · maks 50 MB