Bakı Limanının ağır yüklər zonasında konteyner terminalı və dəmir yolu xətlərinin layihələndirilməsi
İcmal
Ələt limanında 150 slotluq konteyner meydançası və 19 strelka keçidi olan 6 588 p/m dəmir yolu xəttinin layihələndirilməsi
Ağır çəkili yüklər zonasında konteyner terminalının dəmir yolu infrastrukturu və 150 slot tutumlu yeni birmərtəbəli konteyner meydançası layihələndirilmişdir. Terminal daxilindəki çıxmaz dəmir yolu xətlərinin ümumi uzunluğu 6 588 poqonmetr təşkil edir. Şəbəkəyə 5 ədəd yükdoldurma-yükboşaltma yolu, 3 ədəd manevr yolu və 19 ədəd təkərötürücü (strelka) keçidi daxildir. Dəmir yolunun rels izinin eni 1520 mm, xətlərarası məsafə 5,30 m, əyrilərin minimal radiusu 180 m-dir. Konteyner platforması QOST 9238-2013 tələblərinə uyğun olaraq rels başlığından 200 mm hündürlükdə və yolun oxundan 1745 mm məsafədə layihələndirilmişdir.
Layihə haqqında
Sifarişçi
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC
Məkan
Azərbaycan Respublikası, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Ölkə
Azərbaycan
Kateqoriya
İnfrastruktur işləri
Müddət
5 ay
Status
Tamamlandı
MIRAS komandası
Tural Rüstəmli
Baş konstruktor
Məkan
Azərbaycan Respublikası, Ələt qəsəbəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
/ Söhbətə başla


